2019-09-01

Approval of Insurance Rules for Full Automobile Insurance for Individuals

The Collegium of the Ministry of Finance of the Azerbaijan Republic has approved mandatory insurance rules for full automobile insurance provided to physical persons, establishing comprehensive definitions, contract formation procedures, risk classes, and early termination mechanisms. The decision repeals a prior regulatory paragraph, mandates submission to the State Register of Legal Acts within three days, and sets January 1, 2015 as the effective date for specific tariff provisions. It legally binds all insurers operating in Azerbaijan to apply these standardized conditions when issuing voluntary automobile insurance policies to individuals.

Central Bank of Azerbaijan logo

Azerbaijan

Central Bank of Azerbaijan

Click to view thumbnail

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGIYASI QƏRAR № Q-20 Bakı şəhəri 23 sentyabr 2014-cü il “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında

“Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasi QƏRARA ALIR:

  1. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli qərarının 1.9-cu bəndi ləğv edilsin.
  3. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 14.7-ci bəndi 2015-ci ilin 01 yanvar tarixindən qüvvəyə minir. Həmin tarixə qədər sığorta haqqının hesablanması üçün tətbiq olunan sığorta tarifləri və onların iqtisadi əsaslandırılması sığortaçıların avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə mövcud qaydalarına uyğun aparılır.
  4. Nazirliyin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininə təqdim edilməsini təmin etsinlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
  5. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Kollegiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları ÜMUMİ HİSSƏ BÖLMƏ I. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortasına dair ümumi şərtlər

  1. Ümumi müddəalar 1.1. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq, avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir. 1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 1.3. Bu Qaydalar, habelə sığortalı tərəfindən doldurulmuş sığortalanma haqqında ərizə (Əlavə) sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.

  2. Əsas anlayışlar 2.0. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 2.0.1. avtomobil - yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən avtomobil nəqliyyatı vasitəsi; 2.0.2. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan sığorta şirkətidir. 2.0.3. sığortalı – sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən sığorta müqaviləsinin tərəfi; 2.0.4. sığorta olunan - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan fiziki şəxs; 2.0.5. avtomobilin sahibi - sığortalanan avtomobilin mülkiyyətçisi, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs; 2.0.6. faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs; 2.0.7. sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs. 2.0.8. sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı; 2.0.9. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 2.0.11. sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində avtomobilin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılmış pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılaşma; 2.0.12. sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunan verilən sənəd; 2.0.13. sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın avtomobilə sahibliyi ilə bağlı qanunazidd olmayan əmlak mənafeləri; 2.0.14. sığorta predmeti – bu Qaydaların II Bölməsinə münasibətdə sığortalanan avtomobil, III Bölməsinə münasibətdə həmin avtomobilin sahibinin mülki məsuliyyətinin yaranması halı, IV Bölməsinə münasibətdə isə həmin avtomobilin sürücüsü və sərnişinləri; 2.0.15. sığorta müddəti – sığorta müqaviləsinin qüvvədə olduğu müddət; 2.0.16. sığorta haqqı – sığorta etdirilən avtomobillə əlaqədar risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği; 2.0.17. sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 2.0.18. sığorta tarifi – sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə; 2.0.19. azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta müqaviləsi ilə təminat verilməyən və sığortalının üzərində qalan hissəsi; 2.0.20. avtomobilin istifadəsi – avtomobilin yollarda, həmçinin yollara bitişik olan və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş həyətlərdə, yaşayış massivlərində, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, müəssisə və təşkilatların ərazilərində və digər ərazilərdə istismarı nəzərdə tutulur. Avtomobildə quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan cihazların istismarı nəqliyyat vasitəsinin istifadəsi hesab edilmir; 2.0.21. avtomobilin bazar dəyəri – avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti; 2.0.22. sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta ödənişinin həyata keçirilməsi məqsədilə sığortaçıya ünvanladığı müraciət;

  3. Sığortanın sinifləri 3.1. Bu Qaydalar fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası növü üzrə aşağıdakı sığorta siniflərini əhatə edir: 3.1.1. avtonəqliyyat vasitələrinin sığortası; 3.1.2. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası; 3.1.3. fərdi qəza sığortası. 3.2. Sığortalının seçimi əsasında sığorta müqaviləsində göstərilməklə bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan bir, yaxud bir neçə sığorta sinfi üzrə bu Qaydaların Xüsusi hissəsininin müvafiq bölmələrində müəyyən edilən şərtlərlə sığorta təminatı verilir.

  4. Sığortanın predmeti və sığorta riskləri 4.1. Sığorta predmeti və sığorta riskləri bu Qaydaların Xüsusi Hissəsində hər bir bölmə üzrə ayrılıqda müəyyən edilir. 4.2. Sığorta müqaviləsində razılaşdırılmaqla bu Qaydaların Xüsusi Hissəsində nəzərdə tutulmayan risklər, o cümlədən digər sığorta siniflərinə daxil olan risklər üzrə sığorta təminatı verilə bilər.

  5. Sığorta müqaviləsinin tərəfləri və onun aid olduğu digər şəxslər 5.1. Sığortaçı sığorta müqaviləsinin tərəfi olan sığorta şirkətidir. 5.2. İstənilən fəaliyyət qabiliyyətli fiziki şəxs sığortalı qismində sığortaçı ilə sığorta müqaviləsi bağlayaraq sahibliyində olan avtomobillə bağlı riskləri bu Qaydalara əsasən sığorta etdirə bilər. 5.3. Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. 5.4. Sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. 5.5. Bu Qaydaların II Bölməsi üzrə sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı faydalanan şəxs sayılır. Bu Qaydaların III Bölməsi üzrə zərərçəkən üçüncü şəxs və (və ya) ona dəymiş zərərin əvəzini ödəmiş, lakin zərərin vurulmasında təqsirli olmayan digər şəxs, habelə zərərçəkən üçüncü şəxsin ailə üzvləri faydalanan şəxs sayılır. Bu Qaydaların IV Bölməsi üzrə sağlamlığına zərər dəymiş sürücülər və (və ya) sərnişinlər, həmçinin onların ailə üzvləri faydalanan şəxs sayılır.

  6. Sığorta müqaviləsinin bağlanması 6.1. Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə Bu Qaydalara Əlavədə nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. 6.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 6.2.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 6.2.2. Sığortalının bu Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə. 6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 6.4. Sığorta müqaviləsinin bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş formaları elektron sənəd formasında da bağlana bilər. 6.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir: 6.5.1. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu; 6.5.2. sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.

  7. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi 7.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona tərəflərin razılığı ilə sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır. 7.2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər

  8. Sığorta müddəti və sığorta ərazisi 8.1. Sığortanın müddəti sığorta müqaviləsi ilə müəyyən olunur. 8.2. Sığorta müqaviləsi bir ildən artıq müddətə bağlandıqda sığorta müqaviləsində sığortanın hər ili üçün sığorta məbləği və sığorta haqqı ayrılıqda göstərilir. 8.3. Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixindən yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayaraq ödənilmiş olsun. 8.4. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin odənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur. 8.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir. 8.6. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi tərəflərin yazılı razılığı ilə dəyişdirilə bilər.

  9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri 9.1. Sığortalının hüquqları: 9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq; 9.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq; 9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq; 9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək; 9.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək; 9.2. Sığortalının vəzifələri: 9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək; 9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək; 9.2.3. sığortaçını sığorta hadisəsi barədə yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir; 9.2.4. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək; 9.2.5. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən aşağıdakı hallar barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat vermək: 9.2.5.1. avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması; 9.2.5.2. nömrəli aqreqatların – mühərrik, şassi və banın dəyişdirilməsi; 9.2.5.3. avtomobilin dövlət qeydiyyatı haqqında sənədlərinin itməsi, oğurlanması və ya dəyişdirilməsi; 9.2.5.4. avtomobilin açarlarının və elektron aktivləşdirmə kartının itirilməsi və ya oğurlanması; 9.2.6. sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobilin bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda sığorta müqaviləsində sığorta olunan qismində göstərilməyən şəxslərə avtomobili idarəetmə hüququnun verilməsindən əvvəl qeyd olunan hallara görə sığorta təminatının sığorta müqaviləsinə daxil edilməsi üçün sığortaçıya yazılı məlumat vermək; 9.2.6. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;

9.3. Sığortaçının hüquqları: 9.3.1. sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq; 9.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək; 9.3.5 .qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək; 9.4. Sığortaçının vəzifələri: 9.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək; 9.4.2. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək; 9.4.3. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək. 9.5. Aşağıdakı hallarda sığortaçının sığortalı qarşısında öhdəlikləri tam olaraq yerinə yetirilmiş hesab edilir: 9.5.1. Sığorta müqaviləsi üzrə verilmiş sığorta ödənişlərinin ümumi həcmi ümumi sığorta məbləğinə bərabər olduqda; 9.5.2. avtomobilin oğurlanması, qaçırılması və ya tam məhv olmasına görə sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verildikdə; 9.5.3. sığorta müqaviləsi üzrə sığorta məbləği ilk sığorta hadisəsi üzrə nəzərdə tutulduğu hallarda, ilk sığorta hadisəsi üzrə sığorta ödənişi verildikdə.

  1. Təmir emalatxanasının təyin edilməsi barədə müddəa Bu Qaydaların Xüsusi hissəsinin II və III Bölmələri üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən edilir.

  2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi 11.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 11.1.1. sığorta predmeti artıq mövcud olmadıqda; 11.1.2. bu Qaydaların 11.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə; 11.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunanın öldüyü halda sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə; 11.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda; 11.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə; 11.1.6. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədik